Putinə səsləndilər

8 Oktyabr 2012 15:28 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyada varlı bir nəfərin köməyi nəticəsində dolanışığını təmin edən 2 gənc Prezident Vladimir Putindən kömək istəmək üçün pişiklərini kosmosa göndərərək videosunu internetə qoyub. Gənclər tarlaya gəldikdən sonra "Putin, kiçik evimizi inşa etməyimizə kömək et" sözlərinin yazıldığı kağızı "Lapka" (Pati) adlı pişik balasının boynundan asıb. Daha sonra pişiyi bir qutuya qoyaraq GPS qurğusu və kameranın olduğu şarla kosmosa göndəriblər. Şar 36 km hündürlüyə yüksəldikdən sonra partlayıb, pişik isə paraşütlə etibarlı halda yerə enib. Gənclər, 200 km uzaqlıqda qutunun içində pişiyi sağ-salamat tapmağı bacarıb, çəkilən görüntüləri isə "you tube"a yükləyiblər.