Habil Əliyevə hörmətlə: kamança ustasının 5 unudulmaz ifası

9 Sentyabr 2015 18:58 (UTC+04:00)

Azərbaycanın xalq artisti, ustad sənətkar Habil Əliyev dünyasını dəyişib. 1927-ci ildə doğulan Habil Əliyev 1952-ci ildə Bakıya gəlib, 1953-cü ildə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların irsindən bəhrələnib.

Bir çox musiqiyəkamança ilə yeni həyat verən sənətkar həm Sovet dövründə, həm də müstəqillik dövründə xarici ölkələrdə konsertlər verib.

Movqe.az Habil Əliyevi hörmətlə yad edərək, 5 ifasınısizə təqdim edir.

  1. Sarı Gəlin

2. Dilbərim

3. Mənim Təbrizim

4. Sewat

5. Ay Qız