Azərbaycanın daimi nümayəndəliyi: Xədicə İsmayılova ilə bağlı məhkəmə qərarının bilərəkdən siyasiləşdirilməsi qəbuledilməzdir

9 Sentyabr 2015 19:20 (UTC+04:00)

Azərbaycanın Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin insan haqları üzrə ali komissarının 8 sentyabr tarixli açıqlaması ilə bağlı bəyanat yayıb.


Movqe.az xəbər verir ki,  bəyanatda deyilir:


"Daimi missiyaBMT-nin insan haqları üzrə ali komissarının 8 sentyabr 2015-ci il tarixli əsassız və qərəzli bəyanatlarını inkar edir və onun dəqiq məlumatları görməzdən gələrək, qərəzli mənbələrə əsaslanaraq yanlış ictimai bəyanatlar verməsindən dərin narahatlıq keçirir.BMT-nin insan haqları üzrə ali komissarının məhkəmə qərarları ilə günahkar hesab olunan şəxslərin azadlığa buraxılması ilə bağlı təkrarən çağırışlar etməsi təəssüf doğurur. Daimi nümayəndəlik müstəqil məhkəmə prosesinə müdaxiləni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakının qeyri-qanuni mənimsənilməsi və çirkli pulların yuyulması), 192.2.2 (qeyri-qanuni sahibkarlıq), 213.1(vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi) maddələri ilə ittiham olunan Xədicə İsmayılova ilə bağlı məhkəmə qərarının bilərəkdən siyasiləşdirilməsi və məhkəmə qərarının təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz sayır. Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin müstəqilliyinə və qanunun aliliyinə tam dəstək verir. Məhkəmənin qərarına hörmət edilməlidir. Bundan başqa, hər kəsin qanunla müəyyən edilmiş halda məhkəməyə müraciət etmək haqqı var. Yuxarıda qeyd edilənlərdən çıxış edərək daimi nümayəndəlikBMT-nin insan haqları üzrə ali komissarlığını Azərbaycanla bağlı bu cür ictimai bəyanatlar verərkən mənbələrin düzgünlüyü və etibarlılığını yoxlamağa çağırır. Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarının irəli sürülməsi və qorunmasına sadiqdir və bu mənada daimi nümayəndəlikBMT-nin insan haqları üzrə ali komissarlığına dialoqu konstruktiv şəkildə davam etdirməklə bağlı çağırışını xatırladır".

Qeyd edək ki,BMT">BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyanat yayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin və fikir azadlığının təqib olunduğunu bildirib.