NATO-nun baş katibi: “Rusiyanın Suriyada hərbi iştirakı münaqişənin həllinə kömək etməyəcək”

10 Sentyabr 2015 11:44 (UTC+04:00)

"Rusiyanın Suriyada hərbi iştirakının artırılmasına dair məlumatlar narahatlıq doğurur. Bu, münaqişənin həllinə kömək etməyəcək".

Movqe.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Suriya münaqişəsinin siyasi yollarla həllinə dair səylərin artırılmasının vacibliyini vurğulayıb.

Bundan əvvəl ABŞ hərbi mənbələri bildirmişdir ki, Rusiyaya məxsus bir neçə hərbi gəmi və dəniz piyadaçıları artıq Suriyadadır.