Bakıda maskalı dəstə tutulub

10 Sentyabr 2015 12:22 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da saat 04:20 radələrində Şüvalan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən, qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulub.