Azərbaycanda bu universitetin tələbələri üçün müasir tipli yataqxanalar tikiləcək-Özəl

10 Sentyabr 2015 12:34 (UTC+04:00)
Azərbaycanda tələbələr üçün müasir tipli yataqxanaların inşasına başlanılıb. Movqe.az-ın xəbərinə görə, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri  üçün universitetdən 40-50 metr məsafədə yataqxanalar ilin sonunadək tikilib istifadəyə veriləcək. Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev Movqe.az-a açıqlamasında bildirib ki, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri  üçün yataqxananın inşası Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən aparılır: "Tədbirlər Planında göstərilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yataqxanaların tikintisi, tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və məzunların işlə təminatı səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin görülməsi  Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universitetinə tapşırılıb. İşlərin icra müddəti IV rüb üçün nəzərdə tutulub.