Nazirlik jurnalistlər üçün müsabiqə keçirəcək

10 Sentyabr 2015 12:36 (UTC+04:00)

Kənd Təsərüfatı Nazirliyi jurnalistlər üçün müsabiqə keçirəcək. Bu barədə Movqe.az-a Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev məlumat verib. M. Hacıyev bildirib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçiriləcək: "Tədbirlər Planında göstərilib ki, il ərzində kənd təsərrüfatı sahəsində ən yaxşı məqalələrin müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin mükafatlandırılmasına həsr olunmuş tədbirlər keçirilsin. Kənd Təsərrüfatı Nazirliyi bu günlərdə "Aqrar sahə yeni inkişaf mərhələsində" mövzusunda jurnalistlər arasında müsabiqə elan edəcək. Yaxın günlərdə müsabiqənin şərtləri nazirliyin saytında yerləşdiriləcək".