Novruz Məmmədov: Dünya bir qütblü olandan sonra qanun, sabitlik planlarının heç biri uğurla nəticələnməyib

10 Sentyabr 2015 12:39 (UTC+04:00)

Dünya bir qütblü olandan sonra müxtəlif ölkələrə müdaxilə etməklə qanun, sabitlik, inkişaf təmin etmək planlarının heç biri uğurla nəticələnməmişdir. Movqe.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.


PA rəsmisinin sözlərinə görə, 50-dən artıq ölkədə həyata keçirilməsi nəzərdə tutulan bu planların hamısı humanitar faciə, xaos və radikalizmə gətirib çıxarmışdır: "Görünür, Hantinqtonun tövsiyələrinə əməl etmək hələ də əsas vəzifə kimi qalır".