Azərbaycanda qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulan uşaqların sayı artıb

10 Sentyabr 2015 12:55 (UTC+04:00)

Ölənlər arasında uşaqlar olmayıb

Azərbaycanın səhiyyə müəssisələrində qalxanabənzər vəzin bədxassəli yenitörəmə xəstəliyi diaqnozu ilə qeydiyyatda olanların sayı 2013-cü ilin sonuna 767 nəfər, 2014-cü ilin sonuna isə 946 nəfər olub. Bu barədə Movqe.az-a Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov məlumat verib. O bildirib ki, 2013-cü ildə qalxanabənzər vəzin xərçəngi xəstəliyindən qeydiyyatda olan 0-17 yaş uşaqların sayı 4, 2014-cü ildə isə 6 nəfər olub: "2013-cü ildə bu xəstəlikdən ölənlərin sayı 20 nəfər, 2014-cü ildə isə 14 nəfər olub. Ölənlər arasında uşaqlar qeydə alınmayıb".