Suriyada ölənlərin sayı artmaqda davam edir

8 Oktyabr 2012 16:12 (UTC+04:00)
Movqe.Az bildirir ki, Əsəd birliklərinin son hücumlarında ölənlərin sayı 129-a çatıb. Əsəd birliklərinin ağır silahlarla təşkil etdiyi havadan və qurudan olan hücumlar davam edir.

Ordunun Humusu vertolyotlar və döyüş təyyarələriylə bombaladığı, şəhərin bir çox bölgəsində partlayış səslərinin eşidildiyi bildirilir. Suriya İnsan Haqqları Təşkilatı, Şam, Hələb, Humus, Hama, Dəyruz Zur və Lazkiyə başda olmaqla ölkə daxilində baş verən hadisələrdə ölülərin sayının 129-a çıxdığını açıqlayıb. Digər tərəfdən müxaliflərin Humusda nizami qruplara qarşı irəliləyiş etdiyini, şəhərdə bir çox hərbi nöqtələrlə bərabər mərmi birlikləri ələ keçirdikləri bildirilir. Ölkənin şimalında, Hələbdə də küçə qarşıdurmaları davam etməkdədir.