ABŞ Tayvan üçün vizaları qaldırıb

8 Oktyabr 2012 16:50 (UTC+04:00)


Movqe.az bildirir ki, ABŞ Tayvan üçün vizaları qaldırıb. Tayvan vətəndaşları 1 noyabr tarixindən etibarən ABŞ-a vizasız daxil ola biləcək. ABŞ Daxili Təhlükəsizlik naziri Janet Napolitano verdiyi şərhdə, Tayvanın "vizadan azad edilmə proqramı"na daxil edildiyini açıqlayıb. Artıq ABŞ-a getmək istəyən Tayvanlılar yalnız internetdən müraciət blankı dolduracaq. Tayvan ABŞ-a vizasız səyahət edə bilən 37-ci ölkə olacaq. Tayvan vizasız ABŞ-a daxil ola bilən ölkələr sırasında 129-cu yerdədir.