Türk onkoloqları Bakıya toplaşır

10 Sentyabr 2015 15:07 (UTC+04:00)
Türk onkoloqları Bakıya toplaşacaq. Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli verib. A. Kərimli bildirib ki, bu görüş Milli Onkologiya Mərkəzi ilə Türk Onkoloqlar dərnəyi arasında baş tutacaq. A. Kərimlinin sözlərinə görə, ölkəyə bu gün gələcək türk onkoloqlarının 45 nəfərlik heyyəti Milli Onkologiya Mərkəzində olduqdan sonra ümimilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra qonaqlar Şəhidlər Xiyabanında şəhidlərimizin və türk əsgəri abidəsini ziyarət edərək məzarları üzərinə gül dəstələri qoyacaqlar. Sabah saat 9:00-da isə Avropa otelində Milli Onkologiya Mərkəzi ilə Türk Onkoloqlar Dərnəyinin konfransı başlayacaq. A. Kərimli konfrans zamanı onkologiya sahəsində son tibbi yeniliklər və düzgün müalicə üsulları ilə bağlı fikir mübadiləsinin aparılacağını söyləyib.