Azərbaycanlı bəstəkarın əməliyyatdan əvvəlki fotosu

10 Sentyabr 2015 16:08 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, şəkli əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşıb. 


O, fotoya "Əvəzsiz qardaşım, böyük bəstəkar Tahir Əkbər artıq əməliyyat masasındadır. Allahdan ona şəfa diləyirik. İnşallah sağ-salamat çıxar. Dostlar, dualarınızı əsirgəməyin. Tahir müəllimin bütün xəstəxana xərclərini dövlət öz üzərinə götürüb" şərhini yazıb. 


Qeyd edək ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov bəstəkarın səhhəti ilə bağlı bunları deyib: 


"Tahir Əkbərin ürəyində də problemlər var. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral hematomadır. Əməliyyat vacibdir. Vəziyyətindən asılı olaraq, ən azı bir həftə, on gün xəstəxanada yatmalıdır".