Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% azalıb

10 Sentyabr 2015 18:10 (UTC+04:00)

Vergilər Nazirliyi 8 aylıq proqnoz tapşırığına 101,4% əməl edib

Bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 565,376 mln. manat həcmində vəsait daxil olub. Bununla da müvafiq 8 aylıq proqnoz tapşırığına 101,4% əməl edilib.

Movqe.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.

Qeyd edək ki, 2014-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 844,901 mln. manat təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə cari ildə vergi daxilolmalarında 5,8% azalma müşahidə olunub.