Bu ilin ilk yarısında pozulmuş müəllif hüquqları ilə bağlı 12 fakt araşdırılıb

10 Sentyabr 2015 19:30 (UTC+04:00)

Onlardan da 4-ü pirat, 8-i isə plagiat faktı olub

"2015-ci ilin birinci yarımilliyində Müəllif Hüquqları Agentliyi tərəfindən pozulmuş müəlliflik hüququ ilə bağlı 12 araşdırma aparılıb. Onlardan da 4-ü pirat, 8-i isə plagiat faktı olub". Bu barədə Movqe.az-a Agentlikdən məlumat verilib.

Məlumatda o da bildirilib ki, 2014-cü ildə 1200-dən artıq müəllifin, digər hüquq sahiblərinin, müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Müəllif Hüquqları Agentliyinə müraciət və sorğuları cavablandırılıb.

Qeyd olunub ki, son illərdə Agentlik öz səlahiyyətləri çərçivəsində 55 piratçılıq və plagiat halları ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsini təmin edib. Xüsusən elm, dərslik və musiqi sahəsində pozulmuş müəlliflik hüquqlarının bərpası, plagiat faktları barədə mütəmadi olaraq Agentliyə müraciətlərin daxil olduğu bildirilib.