"İmamzadə"dəki abadlıq-quruculuq işləri 2 aya yekunlaşacaq

10 Sentyabr 2015 23:00 (UTC+04:00)

"İmamzadə" dini-memarlıq kompleksində aparılan işlərin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.


Movqe.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hazırda yeni tikilən məscid, namazgah və ziyarət zalının daxili tərtibatı yekunlaşmaq üzrədir. Kompleksin ərazisi layihəyə uyğun olaraq qırmızı çalarlı kərpic daşlarla döşənəcək.


"İmamzadə türbəsi"nə gələn yolda da abadlıq-quruculuq işləri davam etdirilir. İşlərin 2 aya kimi tam yekunlaşdırılması nəzərdə tutulur.


İş icraçısı Rafiq Mehrəliyev deyib: "Mərasim zalında və onun ətrafında abadlıq işləri gedir. Məsciddə interyer işləri tamamlanır. Layihəçilər də binaların daxilində və xaricində yekun baxış keçirirlər".