Spiker: ABŞ Konqresi İranla sazişin bloklanması üçün əlindən gələni edəcək

11 Sentyabr 2015 09:10 (UTC+04:00)

Respublikaçılar İranla sazişin bloklanması üçün ABŞ qanunvericiliyi çərçivəsində mümkün olan bütün addımları atacaq.

Movqe.az xəbər verir ki,bunu Nümayəndələr Palatasının spikeri Con Beyner deyib.

"Bu son bir ilin ən pis sövdələşməsidir. Onun dayandırılması üçün biz bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bütün mümkün vasitələr istifadə ediləcək", deyə o bildirib.

O hətta Obama administrasiyasına qarşı müxtəlif qanunverici tədbirlərin görüləcəyini bildirib: "Bu variant da nəzərdən keçirilir. Hazırda bu vasitələr nəzərdən keçirilir", deyə o bildirib.