Demokratlar Senatda İranla razılaşmanın əleyhinə olan qətnaməni bloklayıblar

11 Sentyabr 2015 09:45 (UTC+04:00)

Demokratlar Partiyası ABŞ Senatında respublikaçıların İranla nüvə razılaşmasına qarşı olan qətnaməni bloklayıblar.


Movqe.az xəbər verir ki,  bu barədə Bloomberg məlumat yayıb.

Respublikaçılar Partiyasından olan senator Con Kornin qeyd edib ki, Senat "demokratları fikrindən döndərmək" məqsədilə gələn həftə, gündəliyə uyğun olaraq, sazişin müzakirəsini davam etdirəcək.

Senator-demokrat Dik Durbin isə qeyd edib ki, təkrar səsvermənin keçirilməsi İranla bağlanan sazişə dair verilən qərara heç bir təsir etməyəcək.