BMT-nin mənzil-qərargahında Fələstin bayrağının qaldırılmasına icazə verilib

11 Sentyabr 2015 10:10 (UTC+04:00)

BMT Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib.


Movqe.az xəbər verir ki, qətnaməyə əsasən, BMT-nin mənzil-qərargahında və ofislərində müşahidəçi statusuna malik olan, lakin təşkilatın üzvü olmayan ölkələrin də bayraqlarının qaldırılması nəzərdə tutulur. Sənəddə yer alan müddəaya əsasən, qeyd olunan ölkələrin bayraqları BMT-yə üzv olan ölkələrdən sonra qaldırılmalıdır.


Qeyd edək ki, BMT-də müşahidəçi statusuna Fələstin və Vatikan malikdir.