ABŞ nümayəndə heyəti bu gün Kubaya səfər edəcək

11 Sentyabr 2015 10:25 (UTC+04:00)

ABŞ Dövlət Departamenti sentyabrın 11-də Kubanın paytaxtı Havanaya səfər edəcək.


Movqe.az-ın  verdiyi xəbərə görə, səfərin məqsədi iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların davam etdirilməsidir.

"Aztərkibli nümayəndə heyəti münasibətlərin normallaşdırılması üzrə ABŞ-Kuba ikitərəfli komissiyanın giriş sessiyasında iştirak etmək üçün Havanaya yola düşüb", deyə Dövlət Departamentinin məlumatında bildirilir.

ABŞ nümayəndə heyətinə dövlət katibinin köməkçisi Aleks Li rəhbərlik edir.

Tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə yol xəritəsini və bu istiqamətdə atılacaq ilk addımları müzakirə edəcək.