Ana 14 yaşlı qızını satdı

8 Oktyabr 2012 20:00 (UTC+04:00)


Movqe.az bildirir ki, Porto Rikoda yaşayan bir qadın hələ 14 yaşında olan qızını satdığıı üçün həbs olunub.

"The Huffington Post " saytında verilənn xəbərə görə, 34 yaşındakı Betsian Karrasquillo Penaloza adlı ana qızını və qızının iki yoldaşını məşhur bir oteldə satarkən həbs olunub. Oteldə qalan kəslərdən qızı üçün 500 dollar, qızının yoldaşları üçün isə 250 dollar aldığı aşkar olunan qadının, yetkinlik yaşına olmayan başqa qızları da "Fatty the Maneater" şifrəsiylə satdığı təyin olunub.