Türkiyədə ağır yol qəzası baş verib: 6 nəfər ölüb, 39 nəfər yaralanıb

11 Sentyabr 2015 10:40 (UTC+04:00)

Türkiyənin Xatay vilayətində sərnişin avtobusu çevrilib. Nəticədə 6 nəfər həyatını itirib, 39 nəfər yaralanıb. Movqe.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, qəza yerli vaxtla saat 18:00-da baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibii yardim işçiləri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.