Yeni növ insanabənzər tapıldı (FOTO)

11 Sentyabr 2015 10:45 (UTC+04:00)

Cənubi Afrikada mağaraların birində varlığı indiyə qədər bilinməyən yeni növ insanabənzərin qalıqları tapılıb. Movqe.az xəbər verir ki, , bu yeni növə "Homo Naledi" adı verilib.

Naledi Afrikanın yerli sakinlərinin danışdığı bir dil olan sesothoca "ulduz" mənasını verir.

Mütəxəssislər tapılan sümüklərin yaşını hələ müəyyənləşdirə bilməsələr də, "Homo Naledi"nin öldükdən sonra mağaraya gətirildiyi qənaətindədirlər: "1,50 metr olan yeni növün beyni portağal böyüklüyündə, ağırlığı isə 45 kiloqramdır".