Sevgilisini bağışladı

8 Oktyabr 2012 17:48 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Robert Pattinson onu aldadan sevgilisi Kirsten Stevartın kədərlənməsinə dözə bilməyib. Kirsten Stivart sevgilisini evli rejissor Rupert Sandersinlə aldatmış, hadisədən sonra isə cütlük ayrı evlərdə yaşamağa  başlamışdı. Münasibətlərinin yaxşılaşmasına ikinci bir şans verən cütlük indi keçmişdə baş verən pis xatirələri unutmağa çalışır. Cütlüyün yaxın dostlarının verdiyi məlumata görə, Robert Pattinson sevgilisi Kristinə "google"da davamlı olaraq yazılan mənfi rəyləri oxuyub özünü məzəmmət etməməsini bildirib.