Bakıda 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

11 Sentyabr 2015 12:31 (UTC+04:00)

Bakıda 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Movqe.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1959-cu il təvəllüdlü Səxavət Həsən oğlu Eynullayev yaşadığı evdə yıxılıb. Xəstəxanaya yerləşdirilən S. Eynullayevi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.