Birincilərin sayı açıqlandı - 150 min

11 Sentyabr 2015 12:41 (UTC+04:00)

Bir neçə gündən sonra tədris ili başlayır. Bu il Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 150 mindən çox birinci sinif şagirdi qədəm qoyacaq.

Movqe.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində Azərbaycanda 138 min uşaq I sinfə qəbul olunub. 2013-2014-cü tədris ilində isə 137 mindən çox şagird I sinfə gedib.