ABŞ sığınmacılara qapılarını açır

11 Sentyabr 2015 12:43 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ 2016-ci ildə ən az 10 min Suriyalı sığınmacının ölkəyə qəbul etməyə hazırlaşır.


Ağ Ev sözcüsü Josh Earnest, gündəlik mətbuat brifinginde ABŞ prezidenti Barak Obamanın qrupuna, 1 oktyabrda başlayacaq gələcək maliyyə ölkəyə qəbul ediləcək Suriyalılar sayının əhəmiyyətli ölçüdə artırılması təlimatı verdiyini söyləyib.

Suriyadan bu il sonuna qədər ölkəyə qəbul edilən sığınacaq axtaran şəxslər sayını 1800-ə çıxarmağı planlaşdıran ABŞ rəhbərliyi, Avropadakı sığınacaq axtaran şəxslər böhranının həllinə yardım etmək üçün daha çoxunu etməsi lazım olduğu istiqamətində insan hüquqları qrupları və müxtəlif dairələrin təzyiqinə məruz qalırdı.

Sözcü Earnest Obamanın ABŞ-a qəbul ediləcək Suriyalı sığınacaq axtaran şəxslər sayının 6 dəfə artırılmasının nəzərdə tutan bu yeni addımın, ABŞ-ın illik qəbul etdiyi 70 min sığınacaq axtaran şəxs sayının da artırılacağı mənasına gəldiyini qeyd edib. Earnest ABŞ-ın Yaxın Şərq və dünyadakı digər ölkələri də Suriyalı sığınmacıları qəbul etmə niyyətlərini artırmağa təşviq edəcəyini bildirib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə