YARAT Murad Dadaşovu sevənləri ilə görüşdürəcək

11 Sentyabr 2015 12:44 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, mərkəzdə daimi kolleksiya və mövcud sərgiləri müzakirə etmək üçün hər həftə tədbir keçiriləcək. Tədbirdə rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislərlə görüşlər təşkil olunacaq.


Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə tanınmış simalara müraciət ediləcək. İstəyən şəxs müzakirələrin iştirakçısı ola biləcək.


Tədbirin ilk qonağı əməkdar artist, şoumen Murad Dadaşovdur. Şoumenlə görüş bu gün 19:00-da baş tutacaq.