Azərbaycan prezidenti Astanada Qazax xanlığının yaranması ilə əlaqədar keçirilən yubiley tədbirlərinə qatılıb

11 Sentyabr 2015 13:11 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Astanada Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbirlərə qatılıb.


Movqe.az xəbər verri ki, bu barədə "Kazakhistan today" agentliyi məlumat yayıb.


Astanada Müstəqillik Sarayında keçirilən tədbirlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb.


Xatırladaq ki, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti də iştirak edəcək. Türkiyəni isə Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.