Azər qızı Günel libaslarını satışa çıxaracaq

11 Sentyabr 2015 13:02 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi bu haqda "Həyat tərzi" verilişində deyib. O, əldə olunacaq pulu xeyriyyə məqsədiylə xərcləyəcəyini vurğulayıb:


"İnstaqramda bir səhifə açacam, libaslarımı orada satacam. Çox paltarım var. Nə qədərini başqalarına hədiyyə etmişəm. Libaslar köhnə deyil, hərəsini 1 dəfə geyinirəm. Həm də istəyənlər çoxdur. Pulunu isə köməyə ehtiyacı olanlara verəcəm".


Geyimlərindən danışan G.Zeynalova sevdiyi rənglərdən söz açıb:


"Dostum Burçin var, libaslarımı o tikir. Sonra oturub üzərində dəyişiklik edirik. Geyimlərimin hamısını özüm seçirəm. Ağ, qara və qırmızı rəngləri sevirəm. Ən çox da qara rəngə üstünlük verirəm".