"Uşaqdan böyüyə" verilişinin yayımı dayandı - video

11 Sentyabr 2015 13:03 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, proqramın aparıcısı İrəm bundan sonra "Bilirəm-bilmirəm" verilişi ilə efirə gələcək.


"Günə baxan" verilişinə qonaq olan İrəm yeni layihəsi ilə bağlı bunları deyib:


"Uşaqdan böyüyə" verilişinə bir az ara vermişik. Əvvəl sadəcə uşaqlar var idi. İndi həm də valideynlər olacaq. Uşaqları evlərində çəkəcəyik. Dörd mərhələ var. İki turda uşaqlar valideynlərlə, digərində isə valideynlər övladları ilə yarışacaqlar. Məqsədimiz odur ki, baxaq görək, valideynlər uşaqlarını nə qədər tanıyırlar".