Olimpiya çempionunun yolunu kəsdilər

11 Sentyabr 2015 13:36 (UTC+04:00)

ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında bu gün gərginlik yaşanıb. 

Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, 65 kq çəkidə sərbəst güləşçilərin yarışında mübarizə aparan Toğrul Əsgərov inamla irəliləsə də, 1/4 finalda hakimlər onun yolunu kəsiblər. İtaliyalı əsilli idmançı Frank Çamizo Marquez ilə tutaşmanın ilk hissəsində rəqibin kürəyini yerə dayayan olimpiya çempionumuzun təmiz qələbəsi qeydə alınmayıb. Üstəlik, bu vəziyyətə görə referilər ona yalnız 2 xal veriblər. Dərhal buna etiraz edən məşqçilər korpusumuzun iddiası qəbul edilməyib, video-təkrara baxılmayıb. Hesabda geridə olan güləşçimizin irəli atılmasından rəqib əks-hücumlarda istifadə edərək, yekunda qələbə qazanıb – 10:5.