Ermənistan XİN rəhbəri: “Azərbaycanın Rusiyadan silah alması ürəyimizcə deyil”

11 Sentyabr 2015 14:37 (UTC+04:00)

"Əlbəttə ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanın ürəyincə deyil. Lakin yəqin ki, bu biznes, ticarət məsələləridir".


Movqe.az-ınməlumatına görə, bunu "BBC"yə müsahibəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

Ölkəsinin də Rusiyadan silah aldığını deyən nazir Moskvanın Azərbaycana və digər ölkələrə silah satmasının təəccüblü olmadığını bildirib. "Çünki Rusya silah istehsalçısıdır. Bu ölkə silah bazarında fəaldır", - deyə o vurğulayıb.

Ermənistan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsində olduğunu deyən E. Nalbandyan qeyd edib ki, onları müttəfiqlik adlandırmağın özü bir çox mətləblərdən xəbər verir.