Bakıda oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb

11 Sentyabr 2015 16:05 (UTC+04:00)

Bakıda oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Sona Cəbrayılzadənin mobil telefonunu oğurlamış Gürcüstan vətəndaşı Elməddin Kasımov tutulub.


Faktla bağlı araşdırma aparılır.