Avropa İttifaqı Azərbaycana 13,6 milyon avro maliyyə yardımı ayırıb

11 Sentyabr 2015 16:46 (UTC+04:00)

Avropa İttifaqı Azərbaycana kənd həyatı səviyyəsinin inkişafı üçün 13,6 milyon avro maliyyə ayırıb.


Movqe.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, proqram biznesin inkişafı, investisiya təşviqi, iş yerlərinin açılması kimi sahələrə yönəldiləcək.


"Azərbaycanın kompleks regional inkişafı" proqramı çərçivəsində kiçik və orta müəssisələrə, habelə ailə fermalarınamaliyyə vəsaiti ayrılacaq. Proqram çərçivəsində biznesin təşviq edilməsi stimullaşdırılacaq, müxtəlif təbliğat proqramları həyata keçiriləcək.


Bu proqram Avropa İttifaqının Belarusda ətraf mühit, Azərbaycanda kənd yerlərində biznesin inkişafı və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regional əməkdaşlıq üçün ayırdığı 92.5 milyon avroluq layihənin tərkib hissəsidir.