Biləcəri qəsəbəsində daha bir küçə təmir olunur - VİDEO

11 Sentyabr 2015 16:56 (UTC+04:00)

Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir.

Movqe.az-ın "Azəryolsevis" ASC-dən  verilən məlumata görə, sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burda yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradırdı.

Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni-asfalt beton örtüyü döşənməmişdən öncə "Azəryolsevis" ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadrat metr sahəsinə döşənir.

Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə "Azəryolservis" ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.