MDB PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəyini təsdiqləyib

11 Sentyabr 2015 17:32 (UTC+04:00)

MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının sədri Valentina Matviyenko nun ünvanına Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçki prosesinin müşahidəsində iştirakla bağlı dəvət göndərib.


Movqe.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, MDB PA Şurasının nümayəndələri ənənəvi olaraq 1995-ci il parlament seçkilərindən başlayaraq Azərbaycanda keçirilən seçkiləri müşahidə edir. Bundan əvvəl isə müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edib.


PA parlamentarilərdən, Şura katibliyinin əməkdaşlarından və Demokratiyanın, Parlamentarizmin İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçi missiyasını formalaşdıracaq və Azərbaycana göndərəcək.


Müşahidəçilər paytaxt Bakıda, o cümədən regionlarda və xarici ölkələrdəki seçki məntəqələrində müşahidə həyata keçirəcəklər.