Avropanın enerji təhlükəsizliyi Azərbaycanın əlindədir

12 Sentyabr 2015 08:09 (UTC+04:00)

Enerji bazarında son vəziyyət Avropanın bundan sonar hələ uzun müddət Azərbaycaan ehtiyacının olacağını göstərir. Məsələ bundadır ki, Azərbaycanın iştirakı ilə reallaşdıırlan və Avropaya qaz nəqlini nəzərdə tutan layihələrin sürətlə reallaşdırılması müşahidə olunduuğ halda digər layihələr haqda eyni fikirləri səsləndirmək mümkün deyil. Məsələn, barəsində uzun müddətdir, söhbət açılan "Türk axını" layihəsinin timsalında bunu tam qətiyyətlə demək olar.

Belə bir vaxtda Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin aparat rəhbərinin müavini Səfa Sadık Aytəkin "Türk axını" layihəsində irəliləyiş əldə edilmədiyini və danışıqların dondurulduğunu açıqlayıb.Türkiyənin "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Səfa Sadık Aytəkin danışıqlarda çıxılmaz durumun yarandığını bildirib: "Ruslar BOTAŞ və "Qazprom" arasında qiymət endirimi barədə müzakirələri "Türk axını" layihəsinin həyata keçirilməsində ön şərt kimi ortaya qoydular. Biz isə bunu bir başlanğıc nöqtəsi olaraq düşünmüşdük. İyun seçkilərindən sonra Türkiyədə hökumətin qurula bilməməsi də danışıqların dondurulmasının səbəblərindən biridir. Tərəflərin masadan qalxdığını söyləmirəm, lakin danışıqlar donduruldu".

Səfa Sadık Aytəkin tərəflər arasında qarşılıqlı etimadsızlıq olduğunu vurğulayıb: "Rusiya tərəfi şərt qoymadan qiymət endiriminə razılaşsaydı, indi daha ümidverici nöqtədə olardıq. Rusiya ciddi vaxt itirdi. Türk axını"nda 1-ci xəttin Türkiyəyə gəlməsi təbii qaz təklifi baxımından Türkiyənin rahatlığını təmin edəcəkdi, bu, texniki reallıqdır, lakin siyasi realıq da var. Türkiyə önəmli risk almışdı. Fəqət, Rusiya Türkiyənin aldığı bu riski qiymətləndirmədi və ciddi vaxt itirdi. Bundan sonrakı dövrdə nə olacağını birlikdə görəcəyik". Nazirlik nümayəndəsi Rusiyadan alacaqları endirimi 6%-dən 10,25%-ə qədər yüksəltməyə nail olduqlarını da söyləyib: "Ancaq bu iki məsələni bir-biri ilə qarışdırmadan müzakirələri davam etdirməyə qərar vermişdik. "Türk axını" adını Rusiya qoyub. Adın "Türk axını" olması yox, nəticələrin "Türk axını" olması önəmlidir"

Moskva "Türk axını" layihəsi ilə Qərbin Rusiya qazına əsas alternativ kimi gördüyü Azərbaycan qazının Avropa bazarına çıxacağı 2019-cu il tarixini qabaqlamaq istəyirdi. Bununla həm alternativin qarşısı alacaq, həm də Avropanı öz qazına möhtac edəcəkdi. Lakin proseslər Kremlin istədiy kimi getmir. Belə vəziyyətdə Azərbaycan qazına maraq artır. Türkiyə Azərbaycan qazını Avropa bazarına çıxaracaq TANAP-TAP layihələrinə rəsmən qoşulub və Bakı ilk növbədə daha sərfəli qiymətə qardaş ölkəni enerji ilə təmin edəcək. Belə bir məqamda daha mürəkkəb perspektivə malik olan "Türk axını"nına gələcəyini bağlamaq Türkiyə üçün danışıq mövzusu ola bilməz. Sadəcə olaraq, Ankara regionun əsas güclərindən olan Rusiya ilə münasibətləri düzə çıxarıb, bununla Qərbə də mesaj verir. Türkiyə bir növ əsas regional oyunçu olduğunu növbəti dəfə təsdiqləmək istəyir. Azərbaycan qazını Avropaya daşıyacaq TANAP və TAP-la bağlı vəziyyət fərqlidir. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz "Bloomberg HT" kanalına müsahibəsində bildirib ki, TANAP İran, İraq, Yaxın Şərq və Şərqi Aralıq dənizindəki enerji qaynaqları üçün nümunəvi layihədir və enerjinin Türkiyə ərazisindən Avropaya daşınmasında çox önəmli rol oynayır. K.Yavuz Türkiyənin enerji mərkəzi olmaq üçün keçən il çox önəmli işlər gördüyünü vurğulayıb: "Xəzər bölgəsi dünyada dəyəri yeni ortaya çıxmış enerji bölgəsidir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən hasil edilən qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP Türkiyə ərazisində inşa edilir. Boru kəmərinin tikintisi 2018-ci ildə tamamlanacaq". Bu şəraitdə Avropa üçün əsas ümid yeri Azərbaycan və onu iştirakı ilə həyata keçən TANAP və TAP-dır. Elə Avropa da əsas diqqətini məhz bu kəmərlər üzərində cəmləyib.