Narkotik aludəçisi olan və oğurluq edən Masallı sakini saxlanılıb

11 Sentyabr 2015 17:51 (UTC+04:00)

Masallı polisi narkotik aludəçisi olan şəxsin izinə düşüb.

Movqe.az- APA-ya istinadən bildirir ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcovun verdiyi məlumata görə, rayonun Musakücə kənd sakini, əvvəllər iki dəfə məhkum olunmuş 1979-cu il təvəllüdlü Emin Qurbanqulu oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun üzərindən istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq olan 9 qram çəkidə heroin aşkar edilərək götürülüb.


İstintaqın gedişi zamanı məlum olub ki, Emin Qurbanov cari il ərzində Masallı rayonu ərazisində bir neçə şəxsi evlərin pəncərəsini dəmir parçası ilə sındıraraq müxtəlif sayda qızıl-zinət əşyaları, mobil telefonlar oğurlayıb. Verdiyi ifadəsində saxlanılan şəxs narkotik istifadəçisi olduğunu, oğurladıqları əşyaları dəyər-dəyməzə sataraq narkotik maddə aldığını boynuna alıb.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.