Azərbaycandan onkoloji xəstələrin üz tutduğu ölkələr...

11 Sentyabr 2015 17:25 (UTC+04:00)

"Azərbaycandan onkoloji xəstələr əsasən İran, Türkiyə, Rusiyaya üz tutur. Azərbaycanda Milli Onkologiya Mərkəzinin onkoloji xəstələrin nəinki müayinə və müalicəsi, xəstəliklərinin izlənilməsi üçün şəraiti olsa da, bəzi xəstələr müalicələrini sözügedən ölkələrdə aparmağa qərar verirlər".

Movqe.az  xəbər verir ki, bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib. A. Kərimli bildirib ki, həmin xəstələr çox vaxt fəsadlaşmış formada yenidən MOM-a müraciət edir: "Onların bəziləri, bu ölkələrə xəstə aparmaqla məşğul olaraq pul qazanan insanların tələsinə düşür. Amma sonra xəstəliyinin sağalmaq əvəzinə daha da şiddətləndiyini görüb, yenidən bizə müraciət edirlər".

A. Kərimli deyib ki, Azərbaycanda onkoloji sahədə hazırda Amerikada, Almaniyada təkminləşərək gələn yüksək səviyyədə yetişən kadrlar çalışır: "Xaricə onkoloji xəstəliklərlə bağlı üz tutanlar bilməlidirlər ki, bizdə həmin xəstələrin diaqnostikasında istifadə edilən tibbi avadanlıqlar Amerika, Almaniya kimi ölkələrin səhiyyəsində də var. Ona görə də, mən bu ölkənin baş onkoloqu kimi onkoloji xəstələrin xaricə üz tutmasını qəbul edə bilmirəm.