Sabirabadda bir nəfərin ölümü, digərlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

11 Sentyabr 2015 18:22 (UTC+04:00)

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da saat 19 radələrində Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub.

Nəticədə xəsarət alan sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. A. Abdullayeva orada ölüb, digərləri xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Baş Dövlət Yolis Polisi İdarəsi tərəfindən araşdırma aparılır.