Ucarda oğurluq edən şəxs tutulub

11 Sentyabr 2015 19:29 (UTC+04:00)

Ucar rayonunda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ucar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Həbib Qasımovun evindən 240 manat və danışıq kartı oğurlamış rayon sakini Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırma aparılır.