Azərbaycanda onkoloji xəstəliklərin yayıldığı bölgənin adı açıqlandı

11 Sentyabr 2015 17:51 (UTC+04:00)

"Onkoloji xıstəliklərlə bağlı ən çox müraciətlər cənub bölgəsindən olur". 

Movqe.az  xəbər verir ki, bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib. A. Kərimli bildirib ki, onkoloji xəstəliyin etiologiyası tam öyrənilməsə də, xərçəngin yayılmasında ekolologiya, qidalanma, əhalinin məşğuliyyəti böyük rol oynayır: "Cənub bölgəsində isə, insanların əsas məşğuliyyəti tərəvəzçilikdir.  Cənub bölgəsi dədə-babadan tərəvəzçiliklə məşğul olub. Yayda da qışda da pomidor, tərəvəz yetişdirilir və əhali istifadə edir. Pomidor-xiyarların əksəriyyət isə parniklərdən istifadə edilir. Parniklərdə yetişdirilən tərəvəzlər isə kimyəvi kübrələrlə yetişdirilir. Mən 100 faiz demirəm. Amma bunlar hamısı xərçəngin yaranmasını, şərtləndirən amillər hesab olunur. Ona görə də, digər bölgələrlə müqayisədə cənub bölgəsində daha çox müşahidə olunur".