Bakıda hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub

11 Sentyabr 2015 21:33 (UTC+04:00)

Bakı şəhərində hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub.

Nəsimi rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 9-da Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Orxan Vəlizadəni bıçaqla hədələyərək 40 manatını və 2 ədəd mobil telefonunu alıb və hadisə yerini tərk edib.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Heydərov və Şəmkir rayon sakini Eyvaz Rzayev tutulub.

Faktla bağlı araşdırma aparılır.