Şimali İraqa hava əməliyyatı-Video

11 Sentyabr 2015 19:08 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, dünən gecə Şimali İraqa hava əməliyyatı təşkil edilib. 21 döyüş təyyarəsinin qatıldığı hava hərəkatında PKK-ya aid 64 hədəf vurulub.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Türk Hava Qüvvələrinə aid F-16 və F-4 2020-ci ilə aid olan 21 ədəd döyüş təyyarəsi ilə İraqın şimalında olan Şam, Hakkurk, Avaşin, Metina, Basyan, Gare və Zap düşərgələrindəki hədəflərə gecə 23:50 ilə 05:30 saatları arasında sıx hava bombardmanı təşkil edilib.

Düşərgələrdə təsbit edilən 64 hədəfə 80 ədəd MODERN AĞILLI bomba atılıb. İlk təyin etmələrə görə ən az 60 terroristin öldürüldüyü, hədəflərin tam dəqiqliklə vurularaq tamamilə məhv edildiyi, Garedə olan ən böyük silah-sursat anbarının da dağıdıldığı öyrənilib.

Təhlükəsizlik qaynaqlarına, anbarlarda olan silah-sursatın 2 saat ərzində partlamaların davam etdiyi bildirilib.