Misir ordusu Sinay yarımadasında 100-ə yaxın ekstremisti məhv edib

12 Sentyabr 2015 13:20 (UTC+04:00)

Misir ordusu Sinay yarımadasının şimalında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 100-ə yaxın ekstremisti məhv edib, daha 23 nəfərin yaxalandığı bildirilir.

Movqe.az-ın verdiyi məlumata görə, əməliyyat zamanı Misir Silahlı Qüvvələrinin 4 hərbçisi həlak olub, yaralananlar var.

Sinay yarımadasında bir həftəyə yaxındır ki "Ənsar Beyt əl-Makdis" qruplaşmasına qarşıxüsusi əməliyyat keçirilir. Qruplaşma 2014-cü ildə İŞİD-ə qoşulduğunu bəyan edib.

Qeyd edək ki, "Ənsar Beyt əl-Makdis" əvvəllər "Əl Qaidə"-nin tebeliyində döyüşüb.