Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 30 hava zərbəsi endirib

12 Sentyabr 2015 14:00 (UTC+04:00)

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində "İŞİD"in mövqelərinə 30 hava zərbəsi endirib.


Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.


Məlumata görə, koalisiya İraqın Mosul, Ramadi, Faluca və Tuz-Xurmatu şəhərlərində terrorçuların canlı qüvvə və hərbi texnikasına 27 hava zərbəsi endirib.


Suriyada ekstremistlərin Palmira və əl-Xoul şəhərləri ətraflındakı mövqeləri hava hücumuna məruz qalıb.


Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.