İrəvanda polis etiraz aksiyasını dağıdıb, saxlanılanlar var

12 Sentyabr 2015 15:40 (UTC+04:00)

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb.


Movqe.az-ın verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib.

Qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.

Xatırladaq ki, ötən axşam İrəvanın mərkəzində "Talana yox!" vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.