ABŞ fond bazarında artım davam edir

12 Sentyabr 2015 16:40 (UTC+04:00)

Amerika fond bazarında Dow Jones indeksi 0,63% - 16433,09 bəndədək, S&P 500 0,45% - 1961,05 bəndədək, NASDAQ 0,54% - 4822,34 bəndədək artıb.

Movqe.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,62% - 6117,76 bəndədək, Fransa CAC-40-ı 1,04% - 4548,72 bəndədək, Almaniya DAX-ı isə 0,85% - 10123,56 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 6 dollar azalaraq 1103,30 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 14,58 dollara satılıb.