Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

12 Sentyabr 2015 17:40 (UTC+04:00)

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.


Movq.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 14-dən noyabrın 26-dək Buxarest şəhərində (Rumıniya) keçiriləcəkintensiv ingilis dili kursuna qatılacaqlar.


Hərbçilərimiz həmçinin sentyabrın 16-dan 25-dək Qori şəhərində (Gürcüstan) Gender təlimi üçün təlimatçı kursunda, 17-dən noyabrın 27-dək Liptovskiy Mikulaş şəhərində (Slovakiya) 15-ci Beynəlxalq Qərargah zabitləri kursunda iştirak edəcəklər.